Modern.az

Rusiyada “Euronews” qadağan olundu

Rusiyada “Euronews” qadağan olundu

22 Mart 2022, 00:40

Rusiya Federasiyası ərazisində “Euronews” telekanalının saytına giriş qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (Roskomnadzor) məlumat yayıb.

 

Qərara əsasən, televiziyanın ölkədə yayımı dayandırılıb.

 

Qeyd edək ki, daha öncə "Facebook" və "Instagram" sosial şəbəkələri Rusiyada qadağan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir