Modern.az

Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTOLAR

Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTOLAR

22 Mart 2022, 08:10

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-diversiya qrupunun üzvlərini saxlayıb.

 

Qeyd olunub ki, ələ keçirilən qrup Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırırmış.

 

Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olunduğu diqqətə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir