Modern.az

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - Moskvada qalmaqal düşdü

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - Moskvada qalmaqal düşdü

22 Mart 2022, 09:28

Rusiya ordusunun Ukraynadakı müharibədə şəxsi heyət itkisinin sayı ilə bağlı açıqlanan rəqəm qalmaqala səbəb olub.

Modern.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzeti Rusiyanın müharibədəki itkiləri haqda bu ölkənin Müdafiə Nazirliyinin Baş Qərargahına istinadən məlumat yayıb, amma az sonra həmin məlumat adı çəkilən nəşrin saytından silinib.

Bununla belə məlumat silinməzdən öncə internet şəbəkəsində tirajlandığından faktı ört-basdır etmək mümkün olmayıb.

Bu məlumatda Rusiya ordusundan öldürülənlərin sayı 9861, yaralananların sayı 16153 nəfər göstərilib.

 

Ekspertlərin fikrincə, böyük ehtimalla itkin düşənlər həmin statistikada əks olunmayıb. Amma açıqlanan rəqəmlərin həqiqiliyi də şübhə alıtına alınır və iddia olunur ki, rusların itkisi göstərilənlərdən xeyli çoxdur.

Ukrayna tərəfi Rusiyanın təkcə öldürülən hərbçilərinin 15 min nəfərdən çox olduğunu bəyan edib.

Artıq “Komsomolskaya Pravda” qəzeti məlumat yayaraq, həmin rəqəmlərin sayta hakerlər tərəfindən yerləşdiyini bəyan edib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir