Modern.az

Dünya liderləri Ukrayna məsələsini müzakirə etdilər

Dünya liderləri Ukrayna məsələsini müzakirə etdilər

22 Mart 2022, 11:20

ABŞ, Fransa, Almaniya, İngiltərə və İtaliya liderləri Ukraynadakı müharibəni müzakirə ediblər.

Dövlət başçıları Rusiya ordusunun dinc əhaliyə hücum etməsindən narahatlıqlarını vurğulayıb, Ukraynaya dəstəyi artırmağın yolları barədə fikir mübadiləsi aparıblar.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.


“ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Boris Conson və İtaliyanın baş naziri Mario Draqi ilə danışıb.

Onlar Ukraynaya davamlı dəstəyk göstərilməsinin zəruriliyini bildirib, o cümlədən öz ölkəsini Rusiya təcavüzündən müdafiə edən cəsur ukraynalılara təhlükəsizlik yardımı və zorakılıqdan qaçan milyonlarla ukraynalıya humanitar yardım göstərdiklərini qeyd ediblər”, - Ağ Evin mətbuat xidmətindən bildirilib.


Liderlər atəşkəs üçün Ukraynaya diplomatik dəstəyi də nəzərdən keçiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir