Modern.az

Rusiya Ukraynanın 137 hərbi obyektini vurdu

Rusiya Ukraynanın 137 hərbi obyektini vurdu

22 Mart 2022, 11:44

Rusiya hərbi aviasiyası sutka ərzində Ukraynanın 137 hərbi obyektini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

 

"Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 137 hərbi obyektini vurub. Onların arasında altı komanda-idarə mərkəzi və rabitə mərkəzi, iki reaktiv yaylım atəş sistemi qurğusu, bir zenit-raket kompleksi, səkkiz raket anbarı və artilleriya silahları və sursatları, eləcə də 101 yerlik hərbi texnikanın yığılması vurulub”, - Konaşenkov mətbuata açıqlamasında deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir