Avstraliyada hərbi kosmik qüvvələr yaradılacaq.
Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Peter Dutton məlumat verib.
O qeyd edib ki, Avstraliya kosmik məkanın strateji əhəmiyyətinə hazır olmalıdır.
"Yeni hərbi kosmik qüvvələr komandanlığı kəşfiyyat, müşahidə və rabitə vasitələrimizi, o cümlədən peykləri qoruyacaq", - deyə nazir bildirib.
Yeni qoşunlara aviasiya marşalının müavini Keyt Robertsin rəhbərlik edəcəyi gözlənilir.
Akif İsmayılov