Modern.az

Ərdoğan: “Yeganə çıxış yolu diplomatiyadır"

Ərdoğan: “Yeganə çıxış yolu diplomatiyadır

Dünya

22 Mart 2022, 21:09

"Yeganə çıxış yolu diplomatiyadır, bu istiqamətdə də səmimi təşəbbüslər davam etdiriləcək".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışında deyib.

 

Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə təmasları davam etdirdiyini bildirib.

 

“Biz sağlam düşüncəyə çağırırıq və gərginliyin azalmasını istəyirik. Biz buna nail olmaq üçün geniş məsləhətləşmələr aparırıq", - deyə Türkiyə lideri əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir