Modern.az

Abramoviçin daha bir yaxtası Türkiyə SAHİLLƏRİNDƏ

Abramoviçin daha bir yaxtası Türkiyə SAHİLLƏRİNDƏ

22 Mart 2022, 21:51

Rusiyalı milyarder Roman Abramoviçin ikinci superyaxtası Türkiyə sahillərinə yanaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, 162,5 metr hündürlüyündə dünyanın ən böyük yaxtalarından biri olan "Eclipse" Yunan adalarını aşdıqdan sonra Türkiyənin cənub-qərbindəki Marmaris kurortuna yanaşıb.

 

Gəmi Bermud bayrağı altında üzür.

 

Gəminin iki helikopter meydançası, doqquz göyərtəsi, üzgüçülük hovuzu və raket əleyhinə müdafiə sistemləri olduğu bildirilir.

 

Bundan əvvəl milyarderin "Solaris" adlı digər bir yaxtası Bodrum limanına gəlib.

 

Akif İsmayılov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir