Modern.az

Rusiya G20-dən çıxarıla bilər

Rusiya G20-dən çıxarıla bilər

22 Mart 2022, 22:01

Polşa Rusiyanın G20 (Böyük İyirmilik) qrupundan çıxarılmasını təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Polşanın inkişaf və texnologiya naziri Piotr Novaka istinadən məlumat yayıb.

 

O, ABŞ-ı Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyanın qrupdan çıxarılması məsələsini araşdırmağa dəvət edib.

 

"ABŞ-ın ticarət naziri Gina Raimondo ilə Rusiyanın G20-dən çıxarılması təklifini təqdim etdik və təklif bəyənildi. Bu məsələ ABŞ prezidenti Co Baydenə təqdim ediləcək", - deyə Polşalı nazir bildirib.

 

ABŞ Ticarət Nazirliyi bu məsələ ilə bağlı şərh verməyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir