Modern.az

Ruslar Ukraynada qatar stansiyasını raketlə DAĞITDI

Ruslar Ukraynada qatar stansiyasını raketlə DAĞITDI

22 Mart 2022, 23:35

Rusiya ordusu Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki "Pavloqrad-2" qatar stansiyasına raket zərbəsi endirib.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin Hərbi və Mülki Administrasiyasının regional rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

 

Raket stansiyanı məhv edib. Rezniçenko bildirib ki, zərbə bir nəfərin həyatına son qoyub, 15 yük vaqonu relsdən çıxıb və yolun bir hissəsi dağılıb.

 

Stansiyanın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

 

Qeyd edək ki, Pavloqrad Ukraynanın dəmir yolu sistemi üçün mühüm qovşaq hesab olunur.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir