Modern.az

Makron Putin və Zelenski ilə neçə dəfə danışıb?

Makron Putin və Zelenski ilə neçə dəfə danışıb?

23 Mart 2022, 00:33

Fransa Prezidenti Emmanuel Makron rusiyalı və ukraynalı həmkarları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

 

Məlumata görə, Makronla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar 1 saat davam edib.

 

Açıqlamada deyilir ki, Ukraynada atəşkəs üçün heç bir razılıq gözlənilmir.

 

“Hələlik heç bir razılaşma yoxdur, lakin prezident Makron səylərini davam etdirməyin zəruriliyinə əmindir”, - deyə bəyanatda bildirilir.

 

CNN-in hesablamalarına görə, bugünkü zənglər də daxil olmaqla, keçən ay Rusiyanın hücuma başlamasından sonra Makron Putinlə 8 dəfə, Zelenski ilə isə 17 dəfə danışıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir