ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı hərbçilərlə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau məlumat verib.
Qeyd olunur ki, o, dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.
Bayden martın 24-də NATO-nun növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək, həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq. ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək, martın 26-da Polşa Prezidenti Andjey Duda ilə danışıqlar aparacaq.