Modern.az

Belarus Ukrayna sərhədinə qoşun toplayır - FOTO

Belarus Ukrayna sərhədinə qoşun toplayır - FOTO

23 Mart 2022, 00:53

Belarus Ukrayna ilə sərhədə hərbi texnika və canlı qüvvə yığmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın "Maxar" şirkəti peyk fotolarını təqdim edib.

 

Fotolarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşdiyi görünür. Görüntülər martın 18-ə aid olsa da, bu gün dərc olunub. 

 

CNN NATO-dakı mənbəsinə istinadən bildirib ki, Belarus tezliklə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə qoşula bilər.

 

11181891118190

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir