Belarus Ukraynaya qarşı müharibədə tezliklə Rusiyaya qoşula bilər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ və NATO rəsmiləri CNN-ə bildiriblər. Qeyd edilib ki, ölkə artıq bunun üçün addımlar atır.
Belarusdakı müxalif mənbələr bildirib ki, Belarusun döyüş hissələri yaxın bir neçə gün ərzində Ukraynaya daxil olmağa hazırdır. Mənbələrin fikrincə, başqa bir ölkənin müharibəyə qoşulmasının nəticələrini nəzərə alsaq, bunun hərbi, geosiyasi baxımdan daha az təsiri olacaq.
Xatırladaq ki, Rusiya Ukraynaya hücuma qismən Belarus ərazisindən başlayıb və Kremlin keçən ay iki ölkənin təlimləri üçün olduğunu iddia etdiyi Ukraynaya müdaxiləsi öncəsi minlərlə rus əsgəri Belarusa toplaşıb. Müharibəyə cavab olaraq ABŞ və Avropa sanksiyaları həm Rusiya, həm də Belarus rəsmilərini, o cümlədən Belarus prezidenti Aleksandr Lukaşenkonu hədəf alıb.