Modern.az

XİN başçısı yardımı Ukraynaya şəxsən aparacaq

XİN başçısı yardımı Ukraynaya şəxsən aparacaq

23 Mart 2022, 10:25

Yunanıstanın xarici işlər naziri Nikos Dendias humanitar yardım çatdırmaq üçün mühasirəyə alınmış Mariupol şəhərinə səfər etmək niyyətində olduğunu açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nazir Ukraynaya yardımın çatdırılması, Rusiyaya isə yardıma mane olmamaq üçün şifahi nota verib.

 

“Mən artıq əlaqədə olduğumuz Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti cənab Piter Maurer ilə koordinasiya əsasında bu yardımı şəxsən müşayiət etmək niyyətindəyəm”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, Dendias Mariupola nə vaxt getməyi planlaşdırdığını açıqlamayıb

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir