Modern.az

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

23 Mart 2022, 12:18

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iclasda Ərdoğanın NATO-nun növbədənkənar iclasında iştirakı ərəfəsində Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq.

 

Bundan başqa, Türkiyənin PKK, İŞİD və FETÖ kimi terror təşkilatları ilə həm ölkə daxilində, həm də xaricdə mübarizəsi, həmçinin, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

 

İclasdan sonra mətbuat üçün yazılı açıqlama veriləcəyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir