Modern.az

Çerniqovda gündə 40 ölü basdırılır

Çerniqovda gündə 40 ölü basdırılır

23 Mart 2022, 12:38

Rus hərbçiləri qəsdən mülki əhalini, xəstəxanaları və məktəbləri hədəfə alıb. Şəhər demək olar ki, xarici qüvvələrin mühasirəsindədir. Onların atəşi nəticəsində elektrik və su təchizatı məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə mühasirəyə alınmış Çerniqov şəhərinin meri Vladislav Atroşenko yerli mediaya açıqlamasında bildirib.

 

"Nəticədə, gündə təxminən 40 adam basdırılır" , - deyə mer əlavə edib.

 

O, həmçinin bildirib ki, şəhər xəstəxanalarında olan yüzlərlə yaralı ukraynalı hərbçi üçün tibbi dərmanları bataqlıq ərazilərdən keçən yollarla şəhərə yalnız bir neçə könüllü çatdıra bilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir