Modern.az

Mariupol üçün dəhliz razılaşdırılmayıb - Vereşçuk

Mariupol üçün dəhliz razılaşdırılmayıb - Vereşçuk

23 Mart 2022, 13:21

Ukraynanın şəhər və qəsəbələrindən əhalinin təxliyəsi üçün 9 humanitar dəhliz razılaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.

 

Vereşçuk Mariupol üçün təhlükəsiz dəhlizin hələ də razılaşdırılmadığını vurğulayıb: "Şəhəri tərk etmək istəyən insanlar dərmanlar və digər humanitar yardımlar üçün Berdyanska gedə bilərlər".

 

Hökumət rəsmisi bildirib ki, əhalinin daşınması üçün 24 avtobus hazır vəziyyətə gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir