"Müdafiə Nazirliyimiz lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiya Silahlı Qüvvələrinin itkiləri barədə yeni məlumat verəcək".
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, bu səlahiyyət tamamilə Müdafiə Nazirliyinə aiddir: "Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər".
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Rusiya ordusu müharibə dövründə 15 mindən çox hərbçisini itirib.