“Bu gün Ukraynada olan 15 nüvə blokunun hər biri təhlükə altındadır”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.
Zelenski Çernobıl hadisələrini xatırladıb:
"Orada baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir. Dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.
Prezident göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib.