Modern.az

Ukrayna polisi Kiyev ətrafında işini bərpa edir

Ukrayna polisi Kiyev ətrafında işini bərpa edir

23 Mart 2022, 16:12

Ukrayna polisi Rusiya qüvvələri tərəfindən işğal edilmiş İrpin ətrafında işlərə davam etdiyini açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko “Facebook”da bildirib.

 

O qeyd edib ki, polis İrpində işini bərpa edir: "Kiyev vilayətindəki xüsusi polis alayının dəstələri bu şəhərdə öz polis funksiyalarını yerinə yetirməyə hazırdırlar. Ərazi diversantlardan təmizlənir, lakin indi əsas vəzifə mülki şəxslərə kömək etmək və hələ də İrpində olanları evakuasiya etməkdir".

 

İrpin Kiyevin şimal-qərbində yerləşir, ərazi şiddətli döyüşlərə və güclü atəşə məruz qalıb.

 

“Xüsusi təyinatlılar Ukrayna hərbi hissələri ilə sıx əməkdaşlıqdadır və şəhərdə yerli hakimiyyət orqanlarının işini bərpa etməyə kömək edirlər. Rusiya işğalçıları İrpini amansızcasına atəşə tutmağa davam edir. Bu onların şimaldakı əraziləri saxlamağa davam etdiyinə işarədir", - deyə Klimenko qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir