Modern.az

Şoltzdan Putinə XƏBƏRDARLIQ

Şoltzdan Putinə XƏBƏRDARLIQ

Dünya

23 Mart 2022, 16:31

Almaniya kansleri Olaf Şoltz Rusiya prezidenti Vladimir Putinə birbaşa danışıqlarda Ukraynada bioloji və kimyəvi silahdan istifadə etməmək barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat yayıb.

 

Şoltz deyib ki, Ukraynanın bu cür silahlar hazırlaması və ya ABŞ-ın onlardan istifadə etmək istəməsi ilə bağlı Rusiyanın iddiaları Putinin özünün belə silahlardan istifadə etməyi düşündüyü gizli təhdid kimi görünür.

 

"Buna görə də ona çox aydın və birbaşa demək mənim üçün vacib idi ki, bu, qəbuledilməz və bağışlanmaz olardı"-deyə Şoltz qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir