Nigeriyanın şimal-qərbində yerləşən Kaduna şəhərində silahlılar hücum edib.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Cinayətkar dəstə tərəfindən həyata keçirilən hücumda 2-si hərbçi olmaqla 34 nəfər həlak olub.
Silahlılar 200-dən çox evi dağıdıb..
Nigeriya hökuməti cinayətkar dəstələri yanvar ayında rəsmi olaraq terrorçu elan edib.