Modern.az

Türkiyədə vacib toplantı - Ukrayna müzakirə edildi

Türkiyədə vacib toplantı - Ukrayna müzakirə edildi

23 Mart 2022, 20:48

Türkiyə Milli Təhlükəsizlik Şurasının İclası keçirilib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Ukrayna və Qara dənizdə sabitlik müzakirə edilib.

 

İclasda Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla problemin davamlı həlli üçün səylərin artırılmasına ehtiyac olduğu bildirilib.

 

Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö konvensiyasının həyata keçirilməsi, eləcə də vasitəçilik səylərinin davam etdirilməsi vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir