"Ukraynada istifadə üçün Çindən Rusiyaya hərbi texnika tədarük edildiyinə dair heç bir dəlil görməmişik".
Modern.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
Sallivan martın 24-də Brüsseldə keçiriləcək görüşlərdə Rusiyaya qarşı yeni sanksiyaların açıqlanacağını və bu çərçivədə bir çox Rusiya rəsmisinin də sanksiyalar siyahısına əlavə ediləcəyini bildirib.
Sallivan G7 sammitində qlobal enerji və qida siyasətlərinin hərtərəfli qiymətləndiriləcəyini bildirib.
Akif İsmayılov