Modern.az

\"GIF\" şəkillərinin yaradıcısı ölüb

\

24 Mart 2022, 08:03

"Graphics Interchange Format" (GIF) qrafik rəqəmsal şəkillərinin yaradıcısı Stiven Uilhayt vəfat edib.

 

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 74 yaşlı Uilhayt ABŞ-da dünyasını dəyişib.

 

Onun koronavirus infeksiyasından öldüyü həyat yoldaşı Katalin təsdiqləyib.

 

Qeyd edək ki, "GIF" formatı S.Uilhaytın 1987-ci ildə CompuServe şirkətində çalışdığı vaxtda hazırlanıb. 2013-cü ildə S.Uilhayt İnternetin inkişafına verdiyi töhfəyə görə "Webby" mükafatına layiq görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir