Modern.az

NATO Baş katibinin səlahiyyət müddəti uzadılır

NATO Baş katibinin səlahiyyət müddəti uzadılır

24 Mart 2022, 09:36

Bu il sentyabrın 30-da səlahiyyət müddəti başa çatan NATO-nun Baş katibi Yens Stoltenberq daha bir il bu vəzifədə qala bilər. Stoltenberqin mandatının uzadılması məsələsi NATO-nun fövqəladə sammitinin gündəliyinə salınıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna münaqişəsinə görə gərginlik hökm sürdüyü dövrdə Alyans rəhbər dəyişikliyinə getmək istəmir.

 

Y. Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun mandatı  2017-2019-cu illərdə 2 dəfə uzadılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir