Modern.az

Rusların 7 təyyarəsi VURULDU - Son sutkanın itkiləri

Rusların 7 təyyarəsi VURULDU - Son sutkanın itkiləri

24 Mart 2022, 09:42

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərilə bağlı son məlumatı açıqlayıb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, son sutkada Rusiyanın 7 hərbi təyyarəsi, 1 helikopteri, 1 pilotsuz uçuş aparatı, 2 raketini məhv edilib.

 

Məlumatda müharibənin 29-cu günü olduğu xatırladılıb:

 

"Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir