Modern.az

Rusiya hava hücumlarını gücləndirir

Rusiya hava hücumlarını gücləndirir

24 Mart 2022, 11:40

Rusiya son 24 saat ərzində 250-dən çox uçuş həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

 

Məlumata görə, Rusiya bununla hava hücumlarını gücləndirir.

 

Ukrayna rəsmiləri bildiriblər ki, bu, əvvəlki günlə müqayisədə 60 uçuş çoxdur. Əsas hədəflər Kiyev, Çerniqov və Xarkov və ətrafındakı ərazilər olaraq qalır.

 

Ukrayna ordusu çərşənbə günü yeddi təyyarə, bir helikopter, bir dron və iki qanadlı raket də daxil olmaqla, düşmənin 11 hava hədəfinin vurulduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir