Rusiyanın Ukraynada başlatdığı müharibədə istənilən kimyəvi silahdan istifadə NATO ərazisində çirklənməyə səbəb ola bilər.
Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib.
Stoltenberq NATO liderlərinin fövqəladə sammitindən əvvəl deyib ki, kimyəvi silahdan istənilən istifadə münaqişənin mahiyyətini kökündən dəyişdirəcək:
"Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və reallaşarsa, ağır nəticələri olacaq".