Modern.az

Zelenski Abramoviçə görə Baydendən xahiş edib

Zelenski Abramoviçə görə Baydendən xahiş edib

24 Mart 2022, 11:56

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən rusiyalı oliqarx Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

 

Bildirilir ki, Abramoviç Kiyev və Moskva arasında sülh danışıqlarını asanlaşdıra bilər. Bu səbəbdən ona sanksiya tətbiq olunmaması xahiş edilib.

 

Qeyd edilib ki, Bayden Zelenski ilə bir sıra sanksiyalar, o cümlədən Abramoviç üçün planlaşdırılan cəzalar barədə məsləhətləşib. Bununla bağlı hələlik nə ABŞ, nə də Ukrayna rəsmi cavab verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir