Modern.az

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI - 15 800 hərbçi, 530 tank...

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI - 15 800 hərbçi, 530 tank...

24 Mart 2022, 12:25

Rusiya ordusu Ukraynaya qarşı müharibə dövründə 15 800 hərbçisini itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, rusların, həmçinin 530 tankı, 1597 zirehli texnikası, 108 təyyarəsi, 124 helikopteri və 50 pilotsuz uçan aparatı məhv edilib.

 

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir