Avropa İttifaqı gələn qış üçün planlarını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis parlamentə müraciətində bildirib.
"Avropa İttifaqı gələn qışda Rusiya qazının tədarükünün tam dayandırılması da daxil olmaqla, tədarük şokları üçün fövqəladə vəziyyət planlarını nəzərdən keçirir", - deyə Dombrovskis vurğulayıb.