Rusiyanın enerji nəhəngi "Qazprom", avropalı istehlakçıların istəkləri istiqamətində Ukrayna üzərindən Avropaya təbii qaz tədarükünü davam etdirir.
Modern.az xəbər verir ki, bu barədə şirkət tərəfindən məlumat yayılıb.
Şirkətdən bildirilib ki, martın 24-nə olan tələbat ötən gün 106,5 milyon kubmetrdən 104 milyon kubmetrə düşüb.