Rusiya Ukraynanın şərqindəki Xarkov vilayətinin İzyum şəhərinə nəzarəti ələ keçirdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın dövlətə məxsus “Rossiya 24” telekanalı məlumat yayıb.
"Rusiya silahlı qüvvələri xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməkdə davam edir. Martın 24-ü səhər saatlarında Rusiya ordusunun bölmələri Xarkov vilayətinin İzyum şəhərini tam nəzarətə götürüb", - Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Qeyd edək ki, İzyum şimal-şərq və cənub-şərqdəki Rusiya qüvvələrinə potensial olaraq əlaqə yaratmağa imkan verən şərqi Donbasın əsas marşrutu üzərində yerləşir. Bu, təxminən 50.000 nəfər əhalisi olan Xarkov vilayətinin regional mərkəzi və mühüm dəmir yolu qovşağıdır.