Modern.az

Rusiya fosforlu bombalardan istifadə edib - ZELENSKİ

Rusiya fosforlu bombalardan istifadə edib - ZELENSKİ

24 Mart 2022, 15:24

Rusiya bu gün səhər fosfor bombalarından istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən bildirib.

 

“Yenə uşaqlar öldü, insanlar öldü”, - deyə Zelenski NATO-ya müraciətində deyib.

 

Xatırladaq ki, o, heç bir sübut təqdim etməyib və hücumun harada baş verdiyini açıqlamayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir