Kreml Böyük Britaniyanın Baş naziri Boris Consonu ən fəal “anti-Rusiya” dünya lideri kimi qələmə verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskovdan sitat gətirib.
"Cənab Consona gəlincə, biz onu anti-Rusiya yarışında ən fəal iştirakçı kimi görürük. Bu, xarici siyasətin dalana dirənməsinə gətirib çıxaracaq”, - deyə sözçü bildirib.