Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü keçirilir. İclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edir.
Modern.az xəbər verir ki, NATO-ya üzv ölkələrin liderləri iclasdan öncə media üçün foto çəkdiriblər. Liderlərin lentə alındığı fotoda Almaniya kansleri Olaf Şoltsun görünməməsi diqqətdən yayınmayıb. Kanslerin niyə dövlət və hökumət başçıları ilə birgə şəkil çəkdirməməsi müzakirələrə səbəb olub.
Almaniyanın "Bild" qəzeti iddialara aydınlıq gətirib. Bildirilib ki, kansler Olaf Şolts gecə saatlarına qədər Brüsseldə müttəfiq ölkə rəsmiləri ilə görüşlər keçirib və yuxusuz qalıb. O, bu səbəbdən liderlərin tablosunda yer ala bilməyib.
Qeyd edək ki, NATO-nun növbədənkənar sammitinin gündəliyinin əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsidir.