Modern.az

15 min ukraynalı Rusiyaya aparılıb

15 min ukraynalı Rusiyaya aparılıb

24 Mart 2022, 17:40

Mariupol hakimiyyəti rus qüvvələrinin mühasirədə olan cənub-şərq liman şəhərinin bəzi hissələrini ələ keçirməsindən sonra təxminən 15 min dinc sakinin qanunsuz olaraq Rusiyaya deportasiya edildiyini bildirib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Mariupol Şəhər Şurası bəyanat yayıb.

 

“Sol sahil rayonunun sakinləri kütləvi şəkildə Rusiyaya deportasiya olunmağa başlayır. Ümumilikdə 15 minə yaxın Mariupol sakini qeyri-qanuni deportasiyaya məruz qalıb" - bəyanatda deyilir.

 

Bundan əlavə, Rusiya qüvvələrinin deportasiya zamanı ukraynalıların pasportlarını və digər sənədlərini ələ keçirdiyinə dair sübutların olduğu diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir