NATO Ukraynaya hücumla əlaqədar Belarus və Çinə xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq liderlərin fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Çin iqtisadi və digər sahələrdə Moskvaya dəstəyini dayandırmalıdır.
“Biz bu gün Çinə Rusiyaya yardımını dayandırmaq barədə çağırış etdik. Pekin Çin Rusiyaya təzyiq göstərməli və dərhal konstruktiv mövqe ortaya qoymalıdır. Belarus da, həmçinin Rusiya işğalına ortaqlıqdan əl çəkməlidir”, - deyə Stoltenberq qeyd edib.