ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunur ki, martın 26-30-u tarixləri arasında baş tutacaq səfər çərçivəsində Blinken İsrailə də gedəcək.
Məlumata görə, o, səfər edəcəyi ölkələrdə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Akif İsmayılov