Modern.az

Baş nazir Putini dayandırmağın yolunu GÖSTƏRDİ

Baş nazir Putini dayandırmağın yolunu GÖSTƏRDİ

24 Mart 2022, 19:48

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan enerji idxalına sanksiyalar tətbiq etməyi düşünməlidir.

 

Modern.az xəbər verir ki, bunu Latviyanın Baş naziri Arturs Karins bildirib.

 

O qeyd edib ki, enerji sanksiyaları “Putinin müharibə kassasına pul axınının qarşısını almağın” yollarından biri olacaq.

 

Brüsseldə keçirilən Aİ liderləri sammitində iştirak edən Latviya Baş naziri neft və kömürə xüsusi önəm verilməsini vurğulayıb: "Putini dayandırmalıyıq. Çünki biz dayandırmasaq, Putin dayanmayacaq".

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir