Modern.az

BMT-dən Rusiya əleyhinə daha bir QƏTNAMƏ

BMT-dən Rusiya əleyhinə daha bir QƏTNAMƏ

24 Mart 2022, 20:05

BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, qətnamədə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılması tələb olunub.

 

140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38 ölkə isə bitərəf qalıb.

 

Qətnamədə qeyd olunub ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və bunun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi həddə çatır.

 

Sənəddə, həmçinin Mariupolun blokadasına son qoyulması tələb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir