Ukrayna-Rusiya müharibəsi artıq bir aydır davam edir. Müharibə dövründə 1000-dən çox dinc ukraynalı Rusiya ordusunun hucumlarının qurbanı olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Ölənlərin statistikası aşağıdakı kimidir:
214 kişi,
160 qadın,
14 qız,
28 oğlan
571 böyük və 48 uşağın cinsiyyəti hələ də müəyyən edilməyib.
Yaralananlar:
181 kişi,
140 qadın,
28 qız,
23 oğlan,
1211 böyük və 67 uşağın cinsiyyəti hələ də müəyyən edilməyib.
BMT-nin məlumatına əsasən, insanların əksəriyyəti ağır artilleriya, raket sistemləri və hava hücumları nəticəsində həlak olub.
Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib. Artıq müharibənin 32-ci günüdür.
Fatma Abdulla