İsveçrə hökuməti Rusiyaya qarşı sanksiya tətbiq edib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, İsveçrə hökuməti Moskvanın Ukraynaya hərbi müdaxiləsinə qarşı sanksiyalar çərçivəsində Rusiyanın 6,17 milyard dollarlıq aktivlərini dondurmaq qərarına gəlib.
İsveçrənin İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi Ervin Hollinqer Berndə keçirdiyi mətbuat konfransında bu rəqəmin arta biləcəyini diqqətə çatdırıb.
Fatma Abdulla