Modern.az

Rusiya Ukraynadakı itkilərini AÇIQLADI

Rusiya Ukraynadakı itkilərini AÇIQLADI

25 Mart 2022, 17:58

Rusiya Ukraynadakı müharibədə verdiyi itkiləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qurumun məlumatına əsasən, Rusiya tərəfi indiyədək döyüşlərdə 1351 hərbçisini itirib, 3825 nəfər isə yaralanıb.

 

Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Artıq müharibənin 32-ci günüdür. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bugünkü məlumatında Rusiyanın itkilərinin 16 min nəfərdən çox olduğunu iddia edib.

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir