Modern.az

Prezidentlər iki saat gecikmə ilə görüşdülər - YENİLƏNİB

Prezidentlər iki saat gecikmə ilə görüşdülər - YENİLƏNİB

25 Mart 2022, 20:20

Polşa Prezidenti Anjey Duda və ABŞ lideri Co Bayden arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, liderlərin görüşü iki saat gecikmə ilə başlayıb.

 

Qeyd edək ki, danışıqlar Polşa-Ukrayna sərhədi yaxınlığında Polşa Prezidentinin təyyarəsinin Varşavaya təcili eniş etməsi səbəbindən gecikib.

 

Görüşün detalları hələlik açıqlanmayıb.

***

ABŞ Prezidenti Co Baydenlə görüşə gedən Polşanın dövlət başçısı Anjey Dudanın təyyarəsi Varşavada məcburi eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa prezident ofisinin sözçüsü Yakob Kumoç bildirib. 

 

Onun sözlərinə görə, hadisə ilə əlaqədar iclasın proqramı dəyişdiriləcək.

 

Qeyd edək ki, prezidentlərin görüşü Rzeşovda baş tutmalı idi. Rzeşov şəhəri Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşir. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir