Modern.az

Bayden Polşada hərbçilərlə pizza yedi - VİDEO

Bayden Polşada hərbçilərlə pizza yedi - VİDEO

25 Mart 2022, 20:59

Rusiya-Ukrayna müharibəsi kontekstində Brüsseldəki görüşlərini başa vuran ABŞ Prezidenti Co Bayden bu gün Polşaya gedib.

 

Modern.az xəbər verir ki, Bayden ABŞ-ın 82-ci Hava Desant Diviziyasının şəhərdəki bazasını ziyarət edib və Amerika əsgərləri ilə söhbət edib.

 

Bazanın yeməkxanasında əsgərlərlə pizza yeyən Bayden daha sonra hərbçilərə müraciət edib.

 

"Hal-hazırda etdiyiniz iş bütün dünya üçün çox vacibdir. Biz dönüş nöqtəsindəyik. Hamınıza bir-bir təşəkkür edirəm", - deyə o qeyd edib.

 

ABŞ-ın müdafiə naziri Lloyd Oustin səfərdə Baydeni müşayiət edib. 

 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir