Modern.az

Ərdoğan Zelenski ilə telefonla DANIŞDI

Ərdoğan Zelenski ilə telefonla DANIŞDI

25 Mart 2022, 21:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Tərəflər Ukraynadakı müharibə ilə bağlı son vəziyyəti müzakirə ediblər.

 

Ərdoğan NATO liderlərinin Zirvə görüşündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb və Türkiyənin Ukraynaya əlindən gələn köməyi göstərdiyini xatırladıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir