Modern.az

Neft anbarına raket zərbəsi ENDİRİLDİ

Neft anbarına raket zərbəsi ENDİRİLDİ

25 Mart 2022, 22:12

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.

 

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.

 

Hadisə nəticəsində ərazidə güclü yanğın baş verib. Anbar "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında yerləşdiyinə görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir